Dalga Televiziyasi AzTV-nin əməkdaşını avtomobil vurub öldürüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2539
DünənDünən5773
Bu həftəBu həftə39255
Bu ayBu ay45043
Bu günə qədərBu günə qədər8406674

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


AzTV-nin əməkdaşını avtomobil vurub öldürüb

AzTV-nin əməkdaşı Lamiyə Quliyevanı idarə etdiyi avtomobil ilə vurub öldürən Xamis Ağcayev özü də tanınmış şəxsdir.

Dalga tv Oxu.Az-a istinadən verdiyi xəbərə görə, qəzanı törədən X.Ağcayev “SOY” prodakşının rejissor köməkçisidir. O, bundan əvvəl müğənni Sevda Yəhyayeva və Rahidə Baxışovanın prodüseri olub.

“SOY” prodakşının rəhbəri Oqtay Əliyev məlumatı təsdiqləyib. O bildirib ki, X.Ağcayev dünən elə hadisə yerindəcə polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

Hadisə dünən axşam saatlarında Parlament prospektində baş verib. İşdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.

Saytda Axtarış

ახალი ამბები