Gürcüstanda Azərbaycan dilində yeni qəzet nəşr olunub
Gürcüstanda Azərbaycan dilində yeni qəzet nəşr olunub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü ilə “Müəllim” adlı qəzet işıq üzü görüb.
Nəşrdə Azərbaycan dilində məqalələrlə yanaşı, gürcü dilində də materiallar dərc ediləcək.
Gürcüstan elm və təhsil naziri Aleksandr Çeçelava, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əflatun Amaşov, Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani, Mahir Dərziyev, həmçinin Marneuli, Qardabani, Bolnisi, Dmanisi rayonlarının İcra Hakimiyyəti başçıları qəzetin ilk sayının dərc olunması ilə bağlı təbrik ünvanlayıblar.