Dalga Televiziyasi Son dəqiqə! Azərbaycanda MƏKTƏBLİLƏRLƏ dolu avtomobil AĞIR QƏZA törətdi - Şagirdlər faciəvi şəkildə öldü
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3306
DünənDünən5773
Bu həftəBu həftə40022
Bu ayBu ay45810
Bu günə qədərBu günə qədər8407441

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Son dəqiqə! Azərbaycanda MƏKTƏBLİLƏRLƏ dolu avtomobil AĞIR QƏZA törətdi - Şagirdlər faciəvi şəkildə öldü

Ələt-Astara magistral yolunun Lənkəran rayonu Liman şəhəri ərazisindən keçən hissəsində ağır avtomobil qəzası baş verib.
"Mercedes" markalı 10 OR 044 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Güclü zərbə nəticəsində avtomobildə olan iki nəfər — Liman şəhər və Qumbaşı kənd sakinləri Kənan Səfərov və Xalid Səfərov hadisə yerində keçiniblər. Çırpılma nəticəsində deformasiyaya uğrayan avtomobilin içərisində sıxılıb qalan meyitləri yaxınlıqdakı insanlar çıxarıblar.

Məlumat olaraq bildirək ki, qəza nəticəsində həyatını itirən hər iki gənc 11-ci sinif şagirdləri olub və hər ikisi bir sinifdə oxuyublar. Faktla bağlı araşdırma aparılır.

Saytda Axtarış

ახალი ამბები