Dalga Televiziyasi Ötən il Gürcüstanda qaydaları pozan sürücülər 31 mln. dollar cərimə ödəyiblər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2758
DünənDünən5773
Bu həftəBu həftə39474
Bu ayBu ay45262
Bu günə qədərBu günə qədər8406893

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ötən il Gürcüstanda qaydaları pozan sürücülər 31 mln. dollar cərimə ödəyiblər

 Gürcüstanda 2016-cı ildə yol hərəkəti qaydalarını pozan sürücülər 74,1 milyon GEL, təqribən 31 milyon ABŞ dolları məbləğində cərimə ödəyiblər.

“Report”un Gürcüstan bürosu ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, il ərzində ümumilikdə 1,4 milyon cərimə yazılıb, bunların da 280 mindən çoxu videocərimələrdir.

Cərimələrin 70 faizi sürət həddini aşma, 31 mini avtomobili sərxoş vəziyyətdə idarə etmə, 50 mini təhlükəsizlik kəmərindən istifadə etməmə, 157 mini isə avtomobili idarə edərkən telefonla danışmağa görə yazılıb.

Ötən il Gürcüstanda 6,9 mindən çox yol-nəqliyyat qəzası qeydə alınıb. Bunun nəticəsində 581 nəfər dünyasını dəyişib, 10 minə yaxın insan yaralanıb.

Saytda Axtarış

ახალი ამბები