Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü
Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlu (Əsədova) avtomobil qəzası keçirib.
Oxu.Az-ın əməkdaşı bununla bağlı müğənninin prodüseri Cəmilə xanımla əlaqə saxlayıb.
O, faktı təqsdiqləyib:
“Bakı-Ələt yolunda qarşıdan gələn avtomobil düzgün dönmə hərəkəti etmədiyi üçün bizim avtomobillə toqquşdu. Mən arxada, Şəbnəm xanım isə öndə əyləşmişdi. Ona görə burnu və alnı yüngül zədələndi. Hadisənin təsirindən güclü şok keçirmişdi. Mən, sürücü və Şəbnəm xanım xəstəxanada müayinə edildikdən sonra evə buraxıldıq. Şükür olsun ki, qəza zamanı nə biz, nə də qarşı tərəfdən ciddi xəsarət alan olmadı”.