Dalga Televiziyasi Tbilisidə Ermənistandakı gürcü monastırının vəziyyəti ilə bağlı etiraz aksiyası keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4087
DünənDünən5773
Bu həftəBu həftə40803
Bu ayBu ay46591
Bu günə qədərBu günə qədər8408222

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə Ermənistandakı gürcü monastırının vəziyyəti ilə bağlı etiraz aksiyası keçirilib

Gürcüstanın hökumət administrasiyasının binası qarşısında Ermənistanda yerləşən qədim gürcü dini abidəsinin hazırkı vəziyyəti ilə bağlı aksiya keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, “Kartuli dzala” (“Gürcü gücü”) millətçi təşkilatının fəallarının keçirdiyi aksiyada Ermənistan tərəfindən Hucabi monastırının mənimsənilməsinə etiraz bildirilib. Etirazçılar Gürcüstan hökumətini adıçəkilən monastırın taleyinə biganə qalmamağa çağırıblar. Aksiyada "Hucabi Gürcüstanındır!", "Yaşasın Gürcüstan!" şüarları səsləndirilib.

Aksiya iştirakçılarının sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədinin demarkasiyası üzrə danışıqlar zamanı Hucabi monastırının Gürcüstana qaytarılması məsələsi qaldırılmalıdır.

Qeyd edək ki, Hucabi monastırı Gürcü Pravoslav Kilsəsinin ən böyük ziyarətgahlarından biridir. SSRİ dağılandan sonra Ermənistan sərhədi tədricən 400 metr irəli çəkərək monastırı mənimsəyib. Hazırda monastır məhv olmaq təhlükəsi altındadır. 

Saytda Axtarış

ახალი ამბები