Dalga Televiziyasi Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgədə təbii artım kəskin azalıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2139
DünənDünən5773
Bu həftəBu həftə38855
Bu ayBu ay44643
Bu günə qədərBu günə qədər8406274

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgədə təbii artım kəskin azalıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində təbii artımın kəskin azalması qeydə alınıb.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bölgədə əhalinin təbii artımı 336 nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə (ötən il təbii artım 812 nəfər olub) 58,6 % azdır.

Hesabat dövründə Kvemo Kartli bölgəsinin digər əsas demoqrafik göstəricilərinə gəlincə, yanvar-iyun aylarında yeni doğulanların sayı 2 681 nəfər, ölənlərin sayı 2 345 nəfər, nikah və boşanmaların sayı isə müvafiq olaraq 1 213 və 510 fakt təşkil edib.

Qeyd edək ki, Gürcüstanda 2014-ci ildə aparılmış əhalinin son siyahıya alınmasına əsasən, Kvemo Kartli bölgəsində 423 986 nəfər əhali yaşayır.

Əhalinin 177 032 nəfəri azərbaycanlıdır.

Saytda Axtarış

ახალი ამბები