Dalga Televiziyasi Göyçayda ağır qəza zamanı xəsarət alanlardan biri dünyasını dəyişib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1833
DünənDünən5773
Bu həftəBu həftə38549
Bu ayBu ay44337
Bu günə qədərBu günə qədər8405968

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Göyçayda ağır qəza zamanı xəsarət alanlardan biri dünyasını dəyişib

Göyçayda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan iki nəfərdən biri dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saat 9:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 212-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində “VAZ 2106” makralı minik avtomobili qarşı tərəfdən gələn “QAZ 53” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 2106”nın sürücüsü, Qarabaqqal kənd sakini 1982-ci il təvəllüdlü Musayev Səbuhi Şəmsəddin oğlu və həmkəndlisi olan sərnişini 1995-ci il təvəllüdlü Həsənov Elçin Ayaz oğlu ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Şəmsəddin Musayev xəstəxanada dünyasını dəyişib. Elçin Həsənovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Saytda Axtarış

ახალი ამბები