Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə növbəti xüsusi əməliyyat keçirilib

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyatları davam etdirir.
 

APA-nın yerli bürosunun məlumatına görə, bu gün keçirilmiş əməliyyat nəticəsində narkotik cinayətkarlığında şübhəli bilinən bir nəfər saxlanılıb. Saxlanılan şəxsin günahı sübut olunarsa, onu 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Qeyd edək ki, Poniçalada son günlər keçirilmiş xüsusi əməliyyatlar nəticəsində narkotik cinayətkarlığına görə 3 nəfər, ötən ay isə 6 nəfər saxlanılıb.