Dalga Televiziyasi Gürcüstanda ermənilərlə polis əlbəyaxa olub, hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün670
DünənDünən5773
Bu həftəBu həftə37386
Bu ayBu ay43174
Bu günə qədərBu günə qədər8404805

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda ermənilərlə polis əlbəyaxa olub, hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub

Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin Kumudro kəndinin sakinləri hüquq-mühafizə orqanları ilə əlbyaxa olublar.

APA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, sakinlər kənd kilsəsinin həyətində və qəbirlərin üzərində daşdan xaç quraşdırmaq istəyiblər, lakin müvafiq əmrə istinadən edən polis onların əraziyə keçməsinə icazə verməyib. Bu isə sakinlərin qəzəblənməsinə səbəb olub. Nəticədə mübahisə əlbəyaxa davaya keçib. Bu səbəbdən əraziyə xüsusi təyinatlılar cəlb olunub.

Hadisə yerinə dərhal daxili işlər naziri Georgi Mqebrişvili yollanıb. Nazir artıq sakinlərlə görüşüb, ardınca yaralılara baş çəkib. Yaralananlar arasında polis nəfərləri də var.

Qeyd edək ki, adıçəkilən kənddə ermənilər sıx məskunlaşıb.

Kilsə isə Gürcüstanın mədəni irsi hesab olunur.

Hazırda xaçın quraşdırılmasına icazənin verilməsi üçün danışıqlar aparılır.

Saytda Axtarış

ახალი ამბები