Dalga Televiziyasi Gürcüstanda Aİ ölkələrinə vizasız səfərlərin proseduru ilə bağlı məlumat kampaniyası başlayıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1073
DünənDünən5773
Bu həftəBu həftə37789
Bu ayBu ay43577
Bu günə qədərBu günə qədər8405208

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda Aİ ölkələrinə vizasız səfərlərin proseduru ilə bağlı məlumat kampaniyası başlayıb

Tbilisidə Gürcüstanla Avropa İttifaqı arasında vizasız rejimi təbliğ edəcək “Avropa-ev” məlumat kampaniyasının təqdimatı olub. 

APA-nın yerli bürosunun xəbərinə əsasən, təqdimat mərasimində çıxış edən Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze kampaniyanın çox əhəmiyyətli olduğunu deyib. 
 

“Biz Avropa İttifaqı ilə vizasız rejimin qaydaları ilə bağlı təbliğatı davam etdiririk. Vətəndaş cəmiyyətinin dəstəyi olmadan bu cür kampaniyaların həyata keçirilməsi çətin olardı”, - deyə o söyləyib. 
 

Gürcüstanın müxtəlif bölgələrində, o cümlədən milli azlıqların məskunlaşdığı rayon və kəndlərdə aparılacaq məlumat kampaniyası çərçivəsində təlimçilər sakinləri Aİ ilə vizasız rejim prosedurları və şərtləri barədə məlumatlandıracaqlar. Kampaniya çərçivəsində Azərbaycan və erməni dillərində hazırlanmış məlumat broşurlar paylanılacaq. 
 

Qeyd edək ki, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi son ictimai rəy sorğusunun nəticələrinə əsasən, milli azlıq nümayəndələrinin 66 faizi Aİ ölkələrinə vizasız səfərlə bağlı müvafiq prosedur barədə kifayət qədər məlumatlı deyil.

Gürcüstanla Aİ arasında vizasız rejim bu ilin martın 28-də qüvvəyə minib. 

Saytda Axtarış

ახალი ამბები