77 nəfəri öldürən terrorçunun vəkilinə mükafat verdilər

alt

Norveç terrorçusu Anders Breyvikin vəkili Qeyr Lippestad və xanımı “İnsan ləyaqətinin müdafiəsinə görə” mükafatına layiq görülüblər.

Belə bir ödül “Menneskeverds Livsvernpris” hüquq-müdafiə təşkilatı tərəfindən hər il təqdim olunur. Bu dəfə qurum Breyvikin vəkili və xanımını “məhdud müdafiə imkanı olan şəxs”ə hüquqi yardıma görə mükafata layiq bilib.

Təşkilat rəhbərliyinin fikrincə, “Beryvikin vəkili insan ləyaqəti anlayışının etdiyi hərəkətlərdən asılı olmayaraq hər kəs üçün keçərli olmasını fakta çevirə bilib”.

Xatırladaq ki, 2012-ci ilin avqustunda Breyvik Osloda 77 nəfərin qətlə yetirdiyi üçün 21 il azadlıqdan məhrum edilib. Terrorçu öz hərəkətini “yerli norveçliləri qorumaq və multikulturizmə son qoymaq” niyyəti ilə törətdiyini etiraf edib.