Yıxıldıqdan sonra dili dəyişdi
Kanadada atdan yıxılan Sharon Campbell-Rayment danışma qabiliyyətini itirdikdən sonra şotlant aksentiylə danışmağa başlayıb.
Kanadada atçılıq məktəbi işlədən Sharon Campbell-Rayment bir müddət əvvəl atdan yıxılıb. Nəticədə danışma qabiliyyətini itirən qadın 8 həftə sonra şotlant aksentiylə danışmağa başlayıb. Dünyada 60 insanda olduğu bilinən "Xarici dil sindromu"na tutulan Campbell-Rayment, əcdadlarının 100 il bundan qabaq Şotlantiyadan köçdüyünü xatırlayaraq: "həkimlər bundan sonra həmişə bu aksentlə danışa ya da vəziyyətin bir gecədə dəyişə biləcəyini söylədi" deyib.
Xatırladaq ki , buna oxşar bir hadisə 2 il əvvəl Çində baş vermişdi. Belə ki , 49 yaşlı bir kişi komadan ayıldıqdan sonra ana dilində deyil heç kimə məlum olmayan bir dildə danışmışdı.