Leonardo DiCaprio ölümlə üzləşib

altLeonardo DiCaprio "Blood Diamond" filmini çəkdiyi dövrdə çəkilişlər arası fasilədə qəfəsli dalğıcla okeana baş vurduğunu və bir köpəkbalığının qəfəsi qıraraq yarıya qədər içəriyə girdiyini deyib. Qorunmaq üçün qəfəsin döşəməsinə sıxılan aktyor: "Köpəkbalığı bir neçə dəfə məni dişləməyə çalışdı, amma xilas oldum" deyib.  Köpəkbalığının qəfəsə yaxınlaşma səbəbinin isə qəfəsin girişində ilişib qalan balıq olduğunu söyləyib.