Hong Kong restoranından Guinness rekordu
Hong Kongda restoranlardan biri yaranmasının 10-cu ildönümü tədbirində maraqlı bir işə imza atıb.
37metrəlik yerdə 20 647 ədəd suşi istifadə olunaraq mozayka yaradan restoran Guinness rekordunu qırmağı bacarıb. Rekord üçün hazırlanan suşilər sonra tədbirdə iştirak edənlərə paylanılıb.