İngiltərə şokda: qızları öldürürlər
Ingiltərədə ailələrin dünyaya gələcək körpənin cinsiyyətini əvvəlcədən öyrənərək qız uşaqlarının abort etdirilməsi faktları artıb.
Olkədə son iki ildə doğulan körpələr arasında qızların sayı 4 min 700 nəfər azalıb. Bu isə qız uşaqlarının abort etdirilməsinin nəticəsi kimi qəbul edilir.
"Bu cinayətlər dərhal dayandırılmalıdır" çağırışı edən qəzet, “Uşağın cinsiyyəti hamiləliyin 13-cü həftəsində öyrənilir. Halbuki bunun hamiləliyin son dövrünə yaxın açıqlanması lazımdır” deyə vurğulayıb.
Qız uşaqlarının abort etdirilməsi ilə bağlı açıqlanan statistika ölkədə şok effekti yaradıb.