"Suriya iflic vəziyyətə düşüb"

alt

"Problemin ancaq siyasi yolla həlli mümkündür".

Bunu Suriya məsələsinin həllinə yönələn "Cenevrə 2" konfransı barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili 7/24news-a açıqlamasında Suriyadakı vəziyyətin dünyanı ciddi narahat etdiyini deyib: "Davam edən vətəndaş müharibəsində qalib yoxdur. Dövlət bu gün iflic vəziyyətinə düşüb. Ona görə də beynəlxalq ictimaiyyət problemin həlli yollarını axtarır. İkinci dəfədir ki, sülh konfransı keçirilir. Ümid edilir ki, tərəflərin mövqeyini bir birinə yaxınlaşdırmaq mümkün olacaq. Problemin ancaq siyasi yolla həlli mümkündür. Nə kimi nəticə olacağını demək çox çətindir. Tərəflərin mövqeyi bir-birinə həddən artıq ziddir. Hər halda vətəndaş müharibəsinin getməsindənsə, danışıqların getməsi daha yaxşıdır".