“Cenevrə-2” konfransı başlanandan Suriyada ölənlərin sayı
“Cenevrə-2” sülh konfransı başlayandan bu günədək Suriyada 1 900 nəfər ölüb. Ölənlərdən 430-u dinc sakinlərdir.
Dalgatv APA-ya istinadən xəbər verir ki, hazırda BMT və Ərəb ölkələri liqasının xüsusi nümayəndəsi Lahdar Brahimi Cenevrədə Suriya nümayəndə heyətləri ilə son görüşünü keçirir.
Danışıqlara fevralın 10-dək fasilə verildiyi bildirilir.