Pakistanın sabiq prezidentini yenidən həbs gözləyir
Pakistan məhkəməsi Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin həbsi üçün daha bir order verərək, müalicə üçün xaricə yollanmağa icazə verməyib.
Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, Pərviz Müşərrəf yanvarın əvvəlində xəstəxanaya yerləşdirilib.
İttihamçı tərəf iddia edir ki, Müşərrəfin səhhəti məhkəmə iclasında iştirak etməyə imkan verir.
Sabiq prezident 2007-ci ildə ölkədə qanunsuz olaraq fövqəladə vəziyyət rejimi elan etdiyinə görə dövlətə xəyanət maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, yanvarın 2-də İslamabadda dövlətə xəyanət ittihamı üzrə keçirilən prosesdə məhkəmə qarşısına çıxmalı olan generalın səhhəti qəfildən pisləşib. Məhkəməyə aparılarkən yolda ürəyində ağrılar hiss edən P.Müşərrəf xəstəxanaya yerləşdirilib.