"Oscar"da çəkilən foto rekord qırıb
86-cı "Oskar" mükafatlandırma mərasimi maraqlı məqamlarla yadda qalıb.
Dalgatv-nin Axşam.az-a istinadən verdiyi xəbərə görə, gecənin aparıcısı, aktrisa Ellen Deceneresin çəkdiyi foto Twitter sosial şəbəkəsində rekord qırıb.
Tanınmış aktyorları bir araya gətirən Deceneres şəkli həmkarı Bredli Kuperə çəkdirib. Foto Twitterdə 47 dəqiqə ərzində bir milyon istifadəçi tərəfindən "retweet" edilib (paylaşılıb).
Qeyd edək ki, sözügedən foto Twitterdə ABŞ prezidenti Barak Obamaya məxsus rekordu yeniləyib. Belə ki, Obamanın 2012-ci ildə ikinci dəfə prezident seçilərkən yerləşdirilən post 237 min dəfə paylaşılmışdı.