“Eurovizion” müsabiqəsində Litvanı Viliya Mataçyunayte təmsil edəcəkdir
Kopenhagendə keçiriləcək “Eurovizion-2014” mahnı müsabiqəsində Litvanı Viliya Mataçyunayte
təmsil edəcəkdir. Şənbə günü axşam o, milli seçmə müsabiqəsinin finalında qalib gəlmişdir.
V.Mataçyunayte “Attention” mahnısını ifa edəcəkdir.
Milli müsabiqənin qalibi 2014-cü il martın 1-də milli seçim yolu ilə müəyyənləşdirilmişdir. Bu seçim Viliyaya “Eurovizion-2014” beynəlxalq mahnı müsabiqəsində öz ölkəsini təmsil etmək imkanı vermişdir.
Mataçyunayte mayın 8-də Kopenhagendə keçiriləcək ikinci yarımfinalın birinci hissəsində çıxış edəcəkdir.