Hazırda Gürcüstanda martın 8-də doğulmuş 16.975 nəfər yaşayır
Gürcüstan Xidmətin İnkişafı Agentliyindən verilən məlumata görə, hazırda bu ölkədə martın 8-də doğulmuş 16.975 nəfər yaşayır. Onlardan 10.374 nəfəri qadın, 6.601 nəfəri kişidir. Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsi sakinlərinin isə 2.041 nəfəri martın 8-də doğulanlardır.
Ötən il martın 8-də 157 uşaq doğulmuşdur. Onlardan 80 nəfəri qız, 77 nəfəri oğlandır. Məlumatda Gürcüstanda ən çox uşağın 1960-cı il martın 8-dƏ dünyaya gəldiyi və həmin gün 281 nəfər uşaq doğulduğu vurğulanmışdır.