İranla Ermənistan arasında məhbus mübadiləsi həyata keçirilib
İran və Ermənistan arasında məhbus mübadiləsi həyata keçirilib.
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, Ermənistan bu ölkənin həbsxanalarında cəza çəkən 13 İran vətəndaşını Tehrana təhvil verib. İranlı məhbuslar narkotik maddələrin qaçaqmalçılığına görə Ermənistan məhkəmələri tərəfindən müxtəlif həbs cəzalarına məhkum ediliblər.