Ferrari İspaniyada otel açır
İtaliya avtomobil istehsalçısı Ferrari İspaniyada F1 bolidinə bənzəyən otel və əyləncə parkının tikintisinə başlayıb. 100 milyon avro dəyərində olan layihə 2016-cı ildə tamamlanacaq.
Dalgatv Veteknoloji-yə istinadən xəbər verir ki, beş ulduzlu, 250 otaqlı otelin və "Ferrari park" adlanacaq parkın ümümi sahəsi 807 min m2 olacaq.
Qeyd edək ki, Ferrari rəsmiləri, belə bir parkın daha əvvəl Abu-Dabidə açıldığını, İspaniyadan sonra digər ölkələr üçün də layihələrə baxdıqlarını deyiblər.