Rusiya Krıma “S 300” zenit raket kompleksi gətirib
Rusiya Kerçensk boğazı istiqamətindən Krıma 4 batareya “S 300” zenit raket kompleksi gətirib.
Bu barədə Hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Dmitri Tımçuk “İnformasiya müqaviməti” qrupuna istinadən bildirib.
Dalgatv APA-ya istinadən xəbər verir ki, açıqlamada: “Divizionla bildikdə mühəndis texnikası - 4 tank yedəkçisi, mobil dizel generatorları, sisternli yük maşınları və 4 “UAZ” markalı avtomobil də gətirilib”, bildirilir.
Məlumata görə, qeyd olunan divizion saat 20.00 radələrində Simferopol yaxınlığındakı Qvardeyski yaşayış məntəqəsinə gəlib.