Aİ Krıma uçuşlara müvəqqəti qadağa qoyub

altAvropa İttifaqı (Aİ) Krıma, o cümlədən Sevastopola və Simferopola bütün uçuşlara, eləcə də bu şəhərlər üzərindən tranzit reyslərə müvəqqəti qadağa qoyub.

Dalgatv-nin  Trend-ə istinadən verdiyi xəbərə görə, Avropa Avianaviqasiya Xidməti qadağanı onunla izah edib ki, yarımadanın hava məkanına Ukrayna aviadispetçerləri tərəfindən nəzarət edilmir.

Bəyanatda deyilir: "Bütün naviqasiya xidmətləri [Aİ] növbəti sərəncama qədər həmin aeroportlar istiqamətində gedən və onlardan gələn, eləcə də onlar vasitəsilə tranzit keçən reysləri qəbul etməyəcək".

Xidmət avropalı daşıyıcıları alternativ marşrutlarla işləməyə çağırıb. Bu qərar Aİ ölkələrinin Krımın Rusiyaya birləşdirilməsini tanımaqdan imtinasının birbaşa nəticəsidir.