Ukraynada müharibə - Slavyansk küçələrində döyüş gedir
Ukraynanın Daxili İşlər Nazirliyi rusiyameyilli separatçıların nəzarətində olan Slavyansk şəhərində aparılan antiterror əməliyyatı barədə açıqlama verib.
AzNews.az-ın məlumatına görə, nazir Arsen Avakov bildirib ki, şəhər ətrafında separatçılara 9 post dağıdılıb: “Terrorçular əsgərlərə atəş açıb. Ölən və yaralananlar var. Şəhər tam olaraq mühasirəyə alınıb. Əməliyyat bitənə qədər şəhərə giriş və çıxış bağlanılıb. Şəhərdə muzdlu separatçılarla əsl döyüş gedir”. A.Avakov terrorçular gizlənmək üçün mülki vətəndaşlardan istifadə edirlər. Nazir Slavyansk və Kramatorsk şəhərinin əhalisini evlərində bayıra çıxmamağa və ehtiyatlı olmağa çağırıb: “Biz, müdafiə naziri və Milli Qvardiyanın komandanı ilə birgə burdayıq”.
Bu arada isə Rusiya mətbuatının separatçıların nəzarətində olan əməkdaşlarının verdiyi məlumata görə, Slavyanskda Ukrayna Silahlı Qüvvələrinə məxsus 3 hərbi helekopter vurulub. Vurulan helekopterlərdən birinin pilotu ölsə də digəri yaralı vəziyyətdə separatçıların əlinə keçib.