İsrail qoşunları Qəzzanı tərk ediblər
İsrail qoşunları bu gün Qəzza sektorunu tərk ediblər.
Dalgatv Trend-ə istinadən xəbər verir ki, İsrail ordusunun generalı Moti Almoz agentliyə bildirib: "Orada qoşunlar var idi... lakin onların hamısı Qəzza sektorunu tərk ediblər".
Qeyd edək ki, bu gün səhər saatlarında Qəzzada 3 günlük atəşkəs rejimi formal olaraq qüvvəyə minib.