ABŞ “İslam dövləti”nin mövqelərinə 123 zərbə endirib
ABŞ Hərb Hava Qüvvələri “İslam dövləti” qruplaşmasının İraqdakı mövqelərinə ümumilikdə 123 zərbə endirib.
Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.
Son iki gün ərzində strateji əhəmiyyət kəsb edən “Mosul” bəndi yaxınlığında silahlıların mövqelərinə üç zərbə endirilib.
ABŞ Hərb Hava Qüvvələri avqustun 8-dən başlayaraq “İslam dövləti” mövqelərinə 24 dəfə Ərbildə, 13 dəfə Sincar dağı, 82 dəfə Mosul bəndi yaxınlığında və 4 dəfə Amerli qəsəbəsinə zərbə endirib.