Rəsmi Tbilisi Suriya müxalifətinə “qucaq açdı”
Gürcüstan hökuməti ABŞ və müttəfiqlərinə Suriyada İŞİD-ə qarşı aparılan əməliyyatlarda yaxından kömək olmaq istəyir.
AzNews.az xəbər verir ki, rəsmi Tbilisi bu günə qədər Əfqanıstana və İraqa öz sülhməramlı qoşunlarını göndərərək, ABŞ və müttəfiqlərinin bu ölkələrdə apardığı əməliyyatlara dəstək olub. “New York Times”qəzetinin verdiyi xəbərə görə, Nyu-Yorkda BMT-nin sammitində iştirak edən gürcü rəsmiləri Suriyada İŞİD-ə qarşı vuruşan şəxslərə yardım etmək üçün, onlara öz ərazisində təlim mərkəzi yaratmağa hazır olduğunu bildirib.
Gürcüstan rəsmiləri BMT-nin sammitində belə bir təklif səsləndirməyi planlaşdırsalar da Rusiya və İŞİD-in hədəfinə çevrilməmək üçün bu bəyanatı sammitdə açıq formada səsləndirməkdən imtina ediblər.