Türkiyə şərtini açıqladı
Türkiyə baş naziri Əhməd Davudoğlu ölkəsinin anti-İŞİD koalisiyasına qoşulması üçün şərtini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın məşhur CNN kanalının əməkdaşı Kristiyan Amanpura verdiyi müsahibəsində Türkiyə baş naziri bildirib ki, Bəşər Əsəd rejimi də koalisiya qüvvələri tərəfindən hədəfə alınmalıdır:
"Onda türkiyə anti-İŞİD koalisiyasına qoşulub, Suriyaya quru qoşunlar yeridə bilər".
Bu axşam efirə gedəcək müsahibə ilə bağlı Kristiyan Amanpur "Twitter"də paylaşdığı statusda bildirib ki, Davudoğlu Suriyada yaşayan kürdlərə humanitar yardım ediləcəyini deyib.
Bu arada Türkiyə-Suriya sərhədində yaşanan gərginliyə NATO-nun baş katibi Jens Stolberq münasibət bildirib. Onun sözlərinə görə, Türkiyəyə hər hansı bir təhdid yaranarsa NATO hərəkətə keçəcək.