Yeni doğulan körpə hamını heyrətləndirdi (FOTO)
Suriyada qadınlardan biri saçının yarısı qara, yarısı ağ rəngdə olan uşaq dünyaya gətirib.
ANS PRESS-in məlumatına görə, Hələb şəhərində xəstəxanalardan birində dünyaya gələn uşağın saçının ön hissəsi ağ, arxa tərəfi isə qara rəngdədir.
Uşağı görən həkimlər xeyli təəccübləniblər. Həkimlərin sözlərinə görə, bu cür uşağa birinci dəfədir ki, rast gəliblər.
Ana və uşağın adı açıqlanmır. Lakin onların sağlığının çox yaxşı olduğu bildirilir.