Quantanamo 3 məhbusu Gürcüstana göndərdi

alt

Amerika Birləşmiş Ştatları Kubada yerləşən Quantanamo həbsxanasından 3 məhbusu Gürcüstana köçürüb.
AzNews.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, bu haqda məlumatı Pentaqon yayıb.

Məlumatda deyilir ki, Yəməndən olan Salah Mohammed Salih Al-Dhabi, Abdel Ghaib Ahmad Hakim və Abdul Khaled Al-Baydani Gürcüstana təhvil verilib.

Bir yəmənli və bir tunisli məhbus isə Quantanamodan Slovakiyaya köçürülüb.
ABŞ Quantanamo həbsxanasının bağlanması üçün görülən işlərə Gürcüstan hökumətinin göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

Qeyd edək ki, Gürcüstan ilk dəfə 2010-cu ildə Quantanamodan 3 məhbus alıb. Onların kimliyi hələ də açıqlanmır.