Gürcüstanda soydaşlarımızın yığcam yaşadığı Kvemo-Kartli Borçalı bölgəsində Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib

altGürcüstanda soydaşlarımızın yığcam yaşadığı Kvemo-Kartli Borçalı bölgəsinin Marneuli şəhərində Ümummilli liderimiz Heydər Əliyevin anım gününü qeyd edilib.Mərasim Mədəniyyət Mərkəzində baş tutub.
            Mərkəzin rəhbəri Fazil Həsənov toplaşanlara Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Fazil Həsənov qeyd edib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Ulu öndərin tarazlaşdırılmış və balanslaşdırılmış siyasəti Azərbaycanı ciddi təhlükələrdən xilas etməklə yanaşı, xaricdə yaşayan soydaşların, o cümlədən Gürcüstan azərbaycanlılarının da bu ölkədə durumunu sabitləşdirdi, köçün qarşısını aldı. Heydər Əliyevin yenilməz iradəsi və uzaqgörən siyasəti nəticəsində əsrin qlobal layihələrinin məhz Borçalı azərbaycanlılarının mənafeyi də nəzərə alınaraq, Gürcüstan ərazisindən keçməklə reallaşması Azərbaycanı dünyanın aparıcı dövlətlərinin maraq dairəsinə çevirməklə yanaşı, bölgədə sabitliyi, əmin-amanlığı bərpa edib. Ərazisi xain qonşu tərəfindən işğal altında olan Azərbaycan dünyaya təcavüzkar dövlət kimi təqdim edilir, haqq səsi eşidilmirdi. Məhz Heydər Əliyev cəsarəti, əzmkarlığı sayəsində haqq səsimiz dünyaya yayıldı, nəhayət, beynəlxalq ictimaiyyət təcavüzkarı tanımaq məcburiyyətində qaldı. Ulu öndərin xalq, vətən qarşısında xidmətləri əvəzsizdir. Bu gün fəxrlə deyə bilərik ki, H.Əliyevin xalqlarımızın xoşbəxt gələcəyinə istiqamətlənmiş siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Gürcüstan azərbaycanlıları ümummilli liderimizin xatirəsi önündə baş əyir və Heydər Əliyev irsinə sədaqətlə xidmət edən Azərbaycan Respublikasının rəhbərliyinə qayğı və diqqətə görə minnətdardırlar.Ulu öndərin anım günü münasibətilə paytaxt Tbilisidə,eləcə də , Qardabani, Bolnisi və Dmanisi rayonlarında geniş tədbirlər keçirilib. Mərasimdə rəsmi şəxsləri iştirak edib.