Ərdoğandan sərt tənqid
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı vilayətində əsgərlərə edilən hücumları sərt şəkildə tənqid edib. ANS PRESS-in məlumatına görə, o, Sakarya vilayətində çıxışı zamanı bildirib ki, hücumlar Türkiyədə kürdlərlə sülh prosesinə əngəl olmaq məqsədi daşıyır.
Ötən gün Diyadin rayonunda PKK silahlılarının təhlükəsizlik qüvvələrinə qarşı hücumları nəticəsində 4 əsgər yaralanıb. Əsgərlə hücumlara qarşılıq veriblər. Bir qədər sonra hadisə yerinə əlavə qüvvələr, o cümlədən hərbi helikopterlər və kəşfiyyat təyyarəsi göndərilib.
Ərdoğan çıxışı zamanı PKK tərəfdarı olan bəzi partiyaların zorakılıq fəaliyyətini də təndiq edib: “Məlum siyasi partiya bölücü terror təşkilatının bu cür fəaliyyəti ilə səs toplamağa çalışır. Əgər demokratiya, insan haqları deyirlərsə, bunun yolu silahdan deyil, səsvermə qutularından keçir”
Ərdoğan iyunun 7-sində keçiriləcək ümumi seçkilər zamanı tərəfdarlarını səsverməyə dəvət edib.