Bakı top 10-da

altRusiyanın Travel.ru saytı mövcud statistikanı nəzərə alaraq rus turistlərin MDB məkanında ən çox yönəldiyi səmtləri müəyyənləşdirib.
ANS PRESS-in məlumatına görə, resurs bildirir ki, reytinq 2015-ci ilin 1 iyun tarixindən 31 avqust tarixinədək sərbəst səyhət edən turistlər tərəfindən otellərin bron edilməsinə əsasən hesablanıb. 
Hesablamalara əsasən MDB üzrə yay tətilləri üçün top10 siyahısında Azərbaycanın paytaxtı Bakı şəhəri də yer alıb.
Travel.ru-nun məlumatına görə Bakıya gələn rus turistlər yaşamaq üçün bir günüə ortalama 60dollar pul xərcləyirlər. Bu yöndə MDB ölkələri üzrə ən sərfəli şəhər Moldova paytaxtı Kişinyov (sutkasına 35 dollar) olduğu halda, ən bahalı şəhər isə Qazaxstanın paytaxtı Astana (sutkasına 93 dollar) oldu.
Lakin rus turistlərin Azərbaycan meyli təkcə Bakı ilə bitmir. Belə ki, Azərbaycanın Xudat şəhəri rus turistlərin bu yay seçdiyi top5 kurort zonası kimi qeyd olunub.
Qeyd edək ki, siyahıda Qazaxstan, Belarus və Ukraynanın da şəhərləri var. Portal onu da əlavə edib ki, əgər Gürcüstan MDB-yə daxil olsaydı onda Batumi şəhəri mütləq top10-na daxil olardı