Washington Times"da Azərbaycanın Los Ancelesdəki baş konsulunun məqaləsi dərc olunub

 Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin ABŞ-ın nüfuzlu "Washington Times" qəzetində məqaləsi dərc olunub.


Diplomat vurğulayır ki, Azərbaycan yalnız öz nəhəng neft və qaz yataqlarına görə deyil, eyni zamanda, Mərkəzi Asiyanın enerji resurslarının Avropaya ötürülməsində xüsusi geostrateji önəmə malikdir. Müəllif Azərbaycan Prezidentiİlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin qısa zamanda əldə etdiyi nailiyyətləri sadalayaraq, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf və müasirləşmə yolu keçərək bu gün yerləşdiyi regionun iqtisadiyyatının 80%-ə nəzarət etdiyini bildirir. Diplomat, Azərbaycanın tarixən malik olduğu və bu gün də böyük qürur hissi ilə yaşatdığı qədim tolerantlıq ənənələrindən bəhs edir və bu ənənələrin neft-qaz resursları qədər ölkəmizin ən qiymətli sərvətlərindən olduğunu vurğulayır.

Həmçinin, N. Ağayev Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş işğalçılıq siyasəti barədə oxucuları məlumatlandırır.

      

Məqalə ilə bu link vasitəsilə tanış olmaq olar:

 http://www.washingtontimes.com/news/2015/aug/26/nasimi-aghayev-caspian-natural-gas/