NATO Gürcüstanda birgə təlim bazası açır - VİDEO

  

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Gürcüstanda birgə təlim bazasının açılışında iştirak edib. 

  "DalğaTV"-nin  Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, baş nazir İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında cənab Stoltenberg "Bizim ortaq təhlükəsizlik üçün güclü və etibarlı tərəfdaşımız" kimi Gürcüstanı təsvir edib. O, həmçinin NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasına ikinci böyük töhfəsini verdiyi üçün Gürcüstana təşəkkür edib.

 Daha sonra prezident Giorgi Marqvelaşvili, baş nazir Qaribaşvili,xarici işlər naziri Tamar Beruçaşvili və müdafiə naziri Tinatin Xidaşeli  baş katib cənab Stoltenberg ilə NATO-Gürcüstan birgə Təlim və İnkişaf Mərkəzinin açılışında iştirak edib.