Minlərlə miqrant Afinaya gəlib

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Yunanıstanda hökümət miqrant problemini həll etməyə çalışdığı vaxtda minlərlə miqrant Afinaya gəlib.


4200 nəfərdən çox insanı daşıyan iki gəmi Lesbos adasını tərk edərək Pirey limanına çatıb.

Bütün Avropa İttifaqı görünməmiş miqrant sayı ilə mübarizə aparmağa çalışır.
Əksəriyyəti Orta Şərqdən olan yüzlərlə insan polisin onların Aİ ərazisində hərəkətini dayandırdıqdan sonra Macarıstanda qatar stansiyasında gözləyir.
Aİ-nin sərhəd xidməti Frontex bildirib ki, təkcə ötən həftə 23000 miqrant Yunanıstana gəlib. Bu əvvəlki həftədən 50 faiz artım deməkdir.
Bu il Yunanıstana 160 min insan gəlib, bu rəqəm də ötən ilkindən çoxdur.
Hökümət miqrantlara yardım üçün resurs çatışmazlığının olduğunu söyləsə də, yardım qrupları hökümətdən daha çox fəalliyyət tələb edir.
Çərşənbə axşamı Yunanıstan prezidenti Prokopis Pavlopoulos fransalı həmkarı Francois Hollandeyə zəng edərək ölkəsindəki vəziyyətin müzakirəsi üçün yüksək Avropa məmurlarının görüşünü istəyib.
Yunanıstanın yardım kabineti çərşənbə günü iclas keçirəcək.
Daha çox miqrantın toplaşdığı Lesbos adasında təkcə ötən həftə 17500 miqrant qeydiyyatdan keçib, Kathimerini qəzeti yazıb.
Ötən gün axşam 1749 miqrant daşıyan bir gəmi Lesbos adasından Afinanın Pirey limanına çatıb.
İşam adlı sərnişinlərdən biri Reuters agentliyinə deyib ki, "Siz bizə kömək etməlisiniz. Biz insanıq".
Daha 2500 nəfərsə başqa gəminin göyərtəsində gözləyir. Onlar çərşənbə günü yarımadaya çatmalıdırlar.