Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107-yə çatıb - FOTO - VİDEO
Kəbədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107-yə çatıb.
"Dalğa TV" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 238 nəfər xəsarət alıb. Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur.
Kranın aşma səbəbinin fırtına olduğu deyilir.
Qeyd edək ki, hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.