Məkkə faciəsinə görə 28 nəfər edam olunacaq
Məkkədə 750-dən artıq zəvvarın ölümünə, 1000-ə yaxın insanın yaralanmasına səbəb olan izdihama görə 28 nəfər edam olunacaq.
Dalga TV-nin Anspress-ə istinadən məlumatına görə, bu haqda Livanda nəşr olunan qəzetlərdən biri yazıb. Livanda nəşr olunan "əl-Diyar" qəzeti bildirir ki, Səudiyyə Ərəbistanı kralının oğlu Məhəmməd bin Salmanın kortejinin Mina dağına getməsi ilə əlaqədar digər hacıların hərəkət istiqamətinin təcili olaraq dəyişdirilməsi üzündən yüzlərlə hacı bir-birinin üzərinə yıxılıb və onların çoxu dünyasını dəyişib.
"əl-Diyar" qəzeti yazır ki, Səudiyyənin müdafiə naziri olan vəliəhdin xidməti və müdafiəçiləri ilə birgə hərəkət etdiyi silahlı kortejin Minanın mərkəzində olması üzündən Mina dağında 1000-dən çox hacı ölüb.