Suriyalı qaçqınları Yunan adalarına aparan daha bir təknə batıb, 17 nəfər ölüb
Türkiyənin Muğla rayonunun Bodrum qəsəbəsində qaçaq yolla Yunan adalarına keçməyə çalışan suriyalı qaçqınları daşıyan təknə batıb, 17 nəfər ölüb.
"Dalğa TV" -nin Türkiyənin Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin cənazələri Turgutreis limanına gətirilib.
Muğla valisi Amir Çiçek deyib ki, 8 metrlik təknəyə 37 nəfər minib. Valinin bildirdiyinə görə, 20 nəfərin həyatını qurtarmaq mümkün olsa da, 17 nəfərin cəzanəsi dənizdən çıxarılıb.
Vali hadisə ilə bağlı araşdırma başladıldığını da qeyd edib.