Rusiyanın Suriyada endirdiyi hava zərbələrinin yeni kadrları yayımlanıb - VİDEO
Rusiyanın Müdafiə Nazirliyi Suriyada terrorçuların mövqelərinə endirilən havadan zərbələrin yeni videoyazısını yayımlayıb.
“Dalğa TV” xəbər verir ki, video hərbi idarənin "YouTube"dəki kanalına yerləşdirilib.
Kadrlardan birində görünür ki, Rusiyanın “Su-24M” tipli bombardımançı təyyarələri terrorçuların Xama vilayətində peşəkarcasına gizlətdikləri artilleriya batareyasına və yanacaq-sürtkü materialları anbarlarına zərbələr endirir.