Bidzina İvanişvili “Rustavi 2” ilə əlaqəli şərh verdi

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Davit Dvali və Akimidze "Rustavi 2"nin təsisçiləridirlər.

Onların bu televiziyanın yaranmasında böyük əməkləri var. Onlarla çox kobud davrandılar, onların etirazı var ki, televiziyanı əllərindən aldılar – bu haqda keçmiş baş nazir Bidzina İvanişvili bu gün jurnalistlərlə "Rustavi 2” məsələsinə dair söhbət zamanı bildirdi.

İvanişvili cari proseslər haqqında, David Dvali, Carc Akimidze, Kibar Xalvaş, "Milli Hərəkat” və Nika Qvaramiya haqqında geniş söhbət açıb.

"David Dvali və Akimidze "Rustavi 2"nin təsisçiləridir. Onların bu televiziyanın yaradılmasında böyük əməkləri var. Onlarla çox kobud davrandılar və onların etirazı var ki, onların əlindən televiziyanı alıblar. Daha sonrakı isə Xalvaşi olub. Ondan tək televiziyanı deyil, onun hər şeyini yandırdılar və adam xaricə qaçdı. İkinci tərəfdən Qvaramiyanı və onun tərcümeyi-halını yadımıza salaq. O, baş prokurorun müavini idi. Bunu cəmiyyət də yaxşı bilir, biz də. "Rustavi 2" ilə əlaqəli cəmiyyət iki yerə bölünüb.
Cəmiyyətin böyük hissəsi bu abırsızlığa hirslənir ki, Milli Hərəkat bu gün çıxır və məhkəmədə prosesin necə olması haqqında danışır. Bu mövzunu başqa yönə apara bilməyi bacardılar, guya bu azad sözün müdafiəsidir. Qvaramiya bqtqn bunların etalonudur. Əgər sahibkar dəyişsə bu şərti olaraq dəsək bu Milli Hərəkat olmayacaq”, – bildirdi Bidzina İvanişvili.