“Şərq tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başa çatıb

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Gürcüstanda “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin 6-cı qeyri-rəsmi görüşü başa çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşün yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili son illər “Şərq tərəfdaşlığı” ölkələrinin iştirakı ilə həyata keçirilən bir sıra beynəlxalq layihələrin, o cümlədən nəqliyyat, eləcə də regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyini deyib.


Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissar Yohannes Han isə Gürcüstanda həyata keçirilən islahatları alqışlayıb.


Mətbuat konfransından sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Aİ-nin komissarı Yohannes Han arasında görüş keçirilib. Görüş jurnalistlər üçün qapalı olub.

Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili APA-ya açıqlamasında görüşdə Avropa İttifaqının bir həftə əvvəl açıqladığı “Qonşuluq üzrə yeni siyasətdə Şərq tərəfdaşlığının rolu” adlı sənədin müzakirə olunduğunu söyləyib: “Biz bu barədə plan və “Şərq tərəfdaşlığı”nın bundan sonra inkişafını müzakirə etdik. Bu, ən əsas məsələ idi. Biz həmçinin regionda baş verən situasiyanı və tərəfdaş ölkələrlə Aİ formatında əməkdaşlığı müzakirə etdik”.