Tbilisidə 7 nəfər "donuz qripi"nə yoluxub
Tbilisidə A/H1N1 qripi (“donuz qripi") ilə 7 yoluxma halı qeydə alınıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanda fəaliyyət göstərən Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze bildirib. Onun sözlərinə görə, bu fakt laboratoriyada yoxlanılıb və təsdiqini tapıb: “Regionlarda isə hələlik bu virusa yoluxma halı qeydə alınmayıb".
P. İmnadze əhalini qripə yoluxmamaq üçün təmizliyə riayət etməyə çağırıb və xəstələnən şəxslərə isə evdən çıxmamağı və sonadək müalicə almağı tövsiyə edib.
Xatırladaq ki, Gürcüstanda A/H1N1 qripinə yoluxma halı 2009-cu ildə baş verib.