“Hizbullah” Suriyanı tərk edir

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Qruplaşmanın döyüşçüləri evlərinə qayıdırlar.

Rusiya qoşunlarının ardınca Livanın "Hizbullah" təşkilatının döyüşçüləri də Suriyadan çıxmağa başlayıb.

"Dalğa TV" xəbər verir ki, "Hizbullah"ın internet saytlarından birinin qurucusu Əl-Eminin "Anadolu Ajansi"na bildirdiyinə görə, qruplaşmanın yüzlərlə döyüşçüsü Suriyanı tərk etməyə başlayıb.

"Suriyadan qayıdan döyüşçülər üç gündən artıqdır ki, Livandakı evlərinə və kəndlərinə çatırlar", - deyə, Əl-Emin bildirib.

Emin "Hizbullah"ın Suriya üzrə ABŞ-Rusiya razılaşması əsasında regiondan çıxdığını və Cenevrədə başlayacaq danışıqlarda yeni siyasi həll yolunun tapılması, atəşkəsə dəstək məqsədi daşıdığını bildirib.