Türkiyədə hava hücumu: 45 terrorçu məhv edildi
Yeraltı və yerüstü sığınacaqlar yerlə-yeksan edilib.
İraqın şimalında Qəndil və Gara bölgələrində aşkar edilən PKK mövqelərinə hava hücumu həyata keçirilib.
"Dalğa TV" Türkiyə KİV-nə istinadən xəbər verir ki, hədəflərin atəşə tutulması nəticəsində 45 terroçu məhv edilib.
Martın 14-də saat 03.20-05.30 radələrində pilotsuz uçan aparatlar vasitəsilə aşkar edilən PKK düşərgələri (sursat anbarı, sığınma məkanları) 9 ədəd üF-16ü və 2 ədəd üF-4E 2020ü tipli döyüş təyyarələri ilə vurulub.
Hava əməliyyatı nəticəsində PKK terror təşkilatının 2 silah-sursat anbarı, 2 Katyuşa sistemi, yeraltı və yerüstü sığınacaqları yerlə-yeksan edilib.
Bölgənin araşdırılması davam edir.