Brüssel terrorunda yaralananların sayı 316 nəfərə çatıb
Brüsseldə hava limanı və metroda baş verən partlayışlar nəticəsində yaralananların sayı 316 nəfərə çatıb. Modern.az saytı xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.
Qeyd edək ki, martın 22-də Belçikanın paytaxtı Brüsseldə, aeroportda və metroda baş verən silsilə partlayışlar nəticəsində 31 nəfər ölüb.