Azərbaycan Xəzərdə yanan rus gəmisini söndürdü

Xəzərdə Rusiya bayrağı altında üzən tankerdə baş vermiş yanğın tam söndürülüb.

ANS PRESS-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Administrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC-nin yaydığı birgə məlumatda deyilir.
Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.

Azərbaycanın üç rəsmi qurumunun bu barədə birgə yaydığı məlumatda deyilir ki, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT-2" tankerində yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına "SOS" siqnalı daxil olmuş, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.

Rusya Federasiyasının dövlət bayrağı altında Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan “Palflot-2” tankerindən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə qəza hadisəsi haqqında SOS siqnalı bu gün səhər saat 09.32-də daxil olub.
Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində hərəkətdə olan “Palflot-2” tankerindən SOS siqnalı bu gün səhər saat 09.32-də daxil olub.

Məlum olub ki, 40 13 56 N 051 39 75 E koordinatlarında tankerdə yanğın hadisəsi qeydə alınıb. Dərhal təlimata uyğun olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus olan gəmilər və yanğınsöndürmə helikopterləri xilasetmə əməliyyatına cəlb olunub.

Tankerin bortundan 11 nəfər heyət üzvündən 10 nəfər təxliyyə olunub. Lakin bir nəfər – baş mexanik Kramçuk Andrey Vladimiroviç naməlum şəraitdə itkin düşüb. Xilas edilən 11 dənizçinin vəziyyəti isə qənaətbəxşdir. Rusiya FHN-in Həştərxan vilayəti üzrə regional idarəsindən bildiriblər ki, baş mexanik Kramçuk Andrey Vladimiroviç həlak olub.

“Caspian Voyager”, “Caspian Protechtor”, “İslay”, “Jura”, “Vixr-5” gəmiləri vasitəsilə tankerdə yanğının söndürülməsi əməliyyatı davam etdirilib. Rusiya FHN-in məlumatına görə, yanğının söndürülməsində Azərbaycandan üç gəmi və iki helikopter iştirak edib.

Hazırda söndürülmüş gəminin Rusiyaya aparılması məsələsi həll edilir